İsraildə yeni prezident Reuven Rivlinin təntənəli andiçmə mərasimi keçirilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi “Likud” Partiyasının təmsilçisidir.
Rivlin İsraildə azlıqda olan ərəb icmasının haqlarının genişləndirilməsinin tərəfdarı kimi çıxış edir.
İsraildə ənənəvi olaraq, prezident ənənəvi olaraq, siyasi sayılmır. O, dünya yəhudilərinin prezidentidir. Dövlət başçısı yeddi il müddətinə seçilir.
Rivlin İsrail 10 prezidenti oldu.