İsrailin sabiq baş naziri 18 ay həbsdə qalacaq
29 dekabr 2015 17:26 (UTC +04:00)

İsrailin sabiq baş naziri 18 ay həbsdə qalacaq

Rüşvət almaqda təqsirləndirilərək azadlıqdan məhrum edilən İsrailin sabiq baş nazirinin cəzası azaldılıb.

 

Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, İsrail Ali Məhkəməsi 2006-2009-cu illərdə ölkənin baş naziri olan Ehud Olmert barəsində olan 6 il azadlıqdan məhrumetmə cəzasını 1 il 6 ay müddətə qədər azaldıb.

 

Qeyd edək ki, Ehud Olmertin 1992-2003-cü illərdə bələdiyyə sədri olan zaman  430 min dollar rüşvət aldığı məlum olub. Onun barəsində cinayət işi başlanıb. İlkin instansiya məhkəməsi keçmiş baş nazir barəsində 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmə qərarı çıxarıb. O hökmlə razılaşmayaraq, yuxarı instasiya məhkəmələrinə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Səlcuq Elçin

Oxşar yazılar