İsrail Türkiyədən üzr istəməyə hazırdır
17 yanvar 2013 10:47 (UTC +04:00)

İsrail Türkiyədən üzr istəməyə hazırdır

İsrail 9 nəfərin ölümü ilə nəticələnən “Mavi Mərmərə” olayından 32 ay sonra Türkiyədən üzr istəməyə hazır olduğunu açıqlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, 2010-cü ildə Türkiyənin İsraildəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək özünün əyləşdiyi kreslo ilə müqayisədə alçaq olan kresloda əyləşməyə dəvət edən və bununla da diplomatik qalmaqala yol açan xarici işlər nazirinin müavini Danny Ayalon bunu “Hürriyet” qəzetinə müsahibəsində söyləyib.

 

Danny Ayalon deyib ki, hazırda  Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması üçün fürsət var. Onun sözlərinə görə, həm iqtisadi, həm də strateji baxımdan Türkiyə və İsrailin birgə hərəkət etməsi çox önəmlidir: “Bu gün heç bir şəkildə proqnozlaşdırıla bilinməyən Orta Şərq var. Ona görə də 2013-cü ildə Türkiyə-İsrail münasibətlərinin qaydaya düşməsi ili olmasını arzulayıram. Biz, bunu edə bilərik”.

 

Danny Ayalon İsrailin Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün ABŞ-ın təcrübəsindən yararlanmağa hazır olduğunu açıqlayıb: “Keçən il ABŞ qüvvələri tərəfindən yanlışlıqla 24 Pakistan əsgəri öldürüldü. ABŞ Pakistana bir üzr məktubu göndərdi, Pakistan da bu üzr məktubunu qəbul etdi. Bu məktubda Pakistandan üzr istənilir. İsrail-Türkiyə münasibətlərinin qaydaya salınması üçün bu məktub təcrübəsindən istifadə edə bilərik. İsrail buna hazırdır”.

 

Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr isə “Hürriyet”ə bildirib ki, Ankara İsrailin bu təklifinə qarşı çıxır, İsraildən birmənalı üzr gözlənilir. Çünki ABŞ dövlət katibi  Hillari Klinton tərəfindən Pakistana göndərilən məktubda üzr istənilmir, Hillari Klinton sadəcə, olaydan üzgün olduğunu yazır.

 

Qeyd edək ki,  Danny Ayalon İsrail hökumətində Türkiyədən üzr istənilməsinə qarşı ən sərt etiraz edən sağçı “İsrail Evimiz” Partiyasının rəhbərliyində yer alıb. “İsrail Evimiz” Partiyasının sədri və xarici işlər naziri Aviqdor Liberman korrupsiya iddiaları ilə bağlı keçən ay bütün vəzifələrindən istefa verib, onun səlahiyyətlərini hazırda Danny Ayalon yerinə yetirir. Ancaq Danny Ayalon partiyası tərəfindən qarşıdan gələn parlament seçkilərində namizəd göstərilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234
avatar

Oxşar yazılar