Bu gecə İsrail qırıcı təyyarələri Suriyanı bombalayıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Livan rəsmiləri bu gecə saat 2:00 radələrində İsrail Hərbi Hava Qüvvələrinin 12 qırıcı təyyarəsinin Livanın cənubunda Nakura qəsəbəsi üzərində manevr edərək ölkənin hava sərhədlərini pozduğunu, daha sonra Suriyada bir hədəfə hava zərbəsi endirərək İsrailə döndüyünü bildiriblər.
İsrail hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Ancaq Qərb diplomatları da etibarlı qaynağa istinadən İsrailin Suriya-Livan sərhədinin Suriya tərəfindən bir hədəfi vurduğunu bildirirlər.
Qeyd edək ki, keçən həftə İsrail baş nazirinin müavini Silvan Şalom bəyan etmişdi ki, Suriya hakimiyyətinin kimyəvi silahlar saxlanılan məkanlarda nəzarətinin zəiflədiyi yönündə informasiya alarlarsa, bu, İsrailin müdaxiləsinə səbəb olacaq.