İsrail Suriya ilə sərhəddə “ölü zona” yaratmağa hazırlaşır
22 fevral 2013 17:36 (UTC +04:00)

İsrail Suriya ilə sərhəddə “ölü zona” yaratmağa hazırlaşır

İsrail-Suriya sərhədində xaos hökm sürür.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə,  bir neçə gündür ki, Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri və müxalif Suriya Azadlıq Ordusu arasında Colan təpələrində, sərhəddən bir neçə kilometr kənarda döyüşlər gedir.

 

Vətəndaş müharibəsi nəticəsində İsrail üçün təhlükə mənbələrindən biri olan Suriya ordusu gücünü itirir. Ancaq digər tərəfdən İsrail “Əl-Qaidə” terror təşkilatına bağlı olan silahlı birləşmələrin yaxın vaxtlarda sərhədi yaxınlığında peyda olmasını da qaçılmaz sayır. Bu isə həmin ərazilərdən İsrail yaşayış qəsəbələrinin atəşə tutulmağa başlaması deməkdir.

Hələ ki, İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat xarakterli uçuşlar həyata keçirməklə kifayətlənir. İsrail Şimal Komandanlığının briqada generalı Tamir Xayman deyib ki, sərhəddə təhlükə artır, burada çağırışçılardan ibarət hərbi birləşmələr artıq peşəkar ordu bölmələri ilə əvəzlənir. İsrail hərbi kəşfiyyatı isə Qəzzada olduğu kimi Colan təpələri rayonunda da “ölü zona” yaradılması planı hazırlayıb.

 

İsrail gec-tez Suriyada sünni çoxluğun hökumətinin qurulacağını, Suriyanın Türkiyə yönümlü dövlətə çevriləcəyini proqnozlaşdırır. Ancaq bu, yaxın vaxtlarda, yaxud 1-2 ildən sonra ola bilər. Buna görə də İsrail ordusu Suriya ilə sərhəddə döyüş əməliyyatlarına hazırlaşır...

# 696
avatar

Oxşar yazılar