İsrail hakimiyyəti Argentina məhkəməsinin 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzi yaxılığında baş vermiş partlayışla bağlı cinayət işinin araşdırılmasının gedişinə etirazının bildirib.
Lent.az-ın «
Bir müddət öncə, baş vermiş partlayışı 5 xarici mütəxəssisin araşdıracağı bildirilmişdi. Ehtimal olunur ki, həmin komissiyaya İran və Aregntina vətəndaşları daxil edilməyəcək.
İsrail tərəfi araşdırmanın qərəzsiz aparılacağından şübhələndiyini gizlətmir.
Yəhudi dövləti Xarici İşlər Nazirliyi Argentinanın bu ölkədəki səfirinə məsələ ilə bağlı öz etirazını artıq bildirib.
Xatırladaq ki, 1994-cü il iyulun 18-də Bueno-Ayresdə yəhudi mədəniyyət mərkəzinin yerləşdiyi 7 mərtəbəli binanın qarşısında avtomobilin partladılması nəticəsində 85 nəfər, 1992-ci ildə isə İsrailin bu şəhərdəki səfirliyinin binası yaxınlığındakı partlayışda 29 nəfər həlak olmuşdu.
Argentinada aparılan araşdırmanın gəldiyi nəticəyə əsasən,bu partlayışlarda bir neçə İran vətəndaşı iştirak edib. Ancaq Tehran hakimiyyəti bu qanlı olaylarla bağlı ünvanına deyilənlərin təkzib etməkdədir.