İspaniyanın iri şəhərlərində on minlərlə şəxs Kataloniyada oktyabrın 1-də keçiriləcək müstəqillik referendumuna qarşı etiraz aksiyalarına qoşulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İspaniyanın bütövlüyünə dəstək aksiyalarından ən irimiqyaslısı Madridin Sibeles meydanında keçirilib. Aksiyada “İspaniya vahiddir”, “İspaniya bütöv qalacaq, Kataloniya İspaniyadır” və “İspaniya vahiddir və heç zaman məğlub olmayacaq” şüarları səsləndirilib.
Etirazçılar Kataloniya hökumətinin rəhbəri Karles Puçdemonu həbs etməyə çağırıb.