İŞİD silahlıları Rəqqanı girovlarla tərk edəcək
15 oktyabr 2017 05:03 (UTC +04:00)

İŞİD silahlıları Rəqqanı girovlarla tərk edəcək

İŞİD silahlıları Suriyanın Rəqqa şəhərini “diri qalxan” kimi istifadə etdiyi 400-dək girovlarla birlikdə tərk edəcək

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, silahlılar hazırda “Suriya Demokratik Qüvvələr” adlandırılan alyans  tərəfindən mühasirəyə alınıblar. Onlara təslim olmaq təklif olunub.   

 

Rəqqanın Mülki Şurasının nümayəndəsi Ömər Alluş bildirib ki, terrorçulara oktyabrın 15-i axşam saatlarında şəhəri tərk etməyə icazə verilib. Lakin Ö.Alluş qeyd edib ki, terrorçular “diri qalxan” kimi istifadə edəcəyi  400-dək girovu özləri ilə aparmaq niyyətindədir.

 Şəhəri tərk etməyi planlaşdıran terrorçuların sayı açıqlanmır.

 

Son saatlarda Rəqqada 100-dək İŞİD üzvü təslim olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar