İŞİD Parisdəki atışmaya görə məsuliyyəti üzərinə götürdü
21 aprel 2017 02:07 (UTC +04:00)

İŞİD Parisdəki atışmaya görə məsuliyyəti üzərinə götürdü

İŞİD terror qruplaşması Parisdəki atışmaya görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə terror qruplaşması ilə əlaqəli sayt məlumat yayıb.

 

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, daha iki nəfərinin yaralandığı barədə məlumat verilmişdi. 

 

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri isə hadisə yerindən qaçıb.  

 

Cinayətkarın axtarışı davam etdirilir.

 

Polis insidentlə əlaqədar hələlik heç bir versiya səsləndirməyib. Hadisə Paris prokurorluğunun antiterror idarəsi tərəfindən araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar