İŞİD teror təşkilatının üzvləri daha bir nəfərin başını kəsib. Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə terrorçulara qoşulmuş bir qadının baş kəsdiyi kadrlar yayılıb. Həkim önlüyü geyinmiş həmin qadının əlində olan insan başının 21 yaşlı bir ingilisə məxsus olduğu iddia edilir.
Qeyd edək ki, fotodakı qadın paylaşdığı fotonun altında “xəyallarımdakı peşə terrorist həkim olmaq idi” yazıb. Özünü Bin Ladenin qızı kimi təqdim edən həmin qadın “11 senyabr hadisəsində 8 yaşım var idi, bu da onlara dərs olsun” deyə əlavə edib.
Onu da qeyd edək ki, bir çox əcnəbi saytlarda baş kəsən qadının həkim olduğu qeyd edilib.