İŞİD-in 4 komandiri öldürülüb
13 avqust 2017 14:20 (UTC +04:00)

İŞİD-in 4 komandiri öldürülüb

Əfqanıstana endirilmiş hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 4 yüksək vəzifəli üzvü məhv edilib. “Lent.az Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" Kabildəki ABŞ komandanlığına istinadən məlumat yayıb.

 

Komandanlığın məlumatına görə, Kunar vilayətində keçirilmiş əməliyyat zamanı özünü əmir elan etmiş "İŞİD-Xorasan" qrupunun rəhbəri Abdul Rəhman məhv edilib.  "Abdul Rəhmanın zərərsizləşdirilməsi "İŞİD-Xorasan" təşkilatının rəhbərliyinə daha bir zərbədir", - deyə Əfqanıstanda Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib. Onun sözlərinə görə, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar