İş adamı Polad Alemdarın ölümü ilə bağlı başsağlığı verdi
24 dekabr 2012 16:56 (UTC +04:00)

İş adamı Polad Alemdarın ölümü ilə bağlı başsağlığı verdi

“Vətən üçün gecəsini gündüzə qatan, İraq, Fələstin və Suriyada mücadilə aparan qəhrəmanımız Polad Ələmdarı Suriyada xain bir pusquda itirmişik...”

 

Bu mövsüm ekrana çıxmasının 10 ili tamam olan “Kurtlar Vadisi Pusu” teleserialının son bölümündə aktyor Necati Şaşmazın canlandırdığı Polad Ələmdar obrazının nişançı tərəfindən vurulduqdan sonra ölüm-ölmədiyi mübahisə mövzusudur.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, belə bir məqamda Şanlıurfada Ozan Demir adlı bir iş adamı yerli qəzetlərin birində başsağlığı elanı yerləşdirib.

 

Ozan Demir başsağlığında belə yazıb: “Dəyərli böyüyümüz, ziyalı, örnək şəxsiyyət, Vətən üçün gecəsini gündüzə qatan, İraq, Fələstin və Suriyada mücadilə aparan qəhrəmanımız, böyük qardaşımız Polad Ələmdarı Suriyada xain bir pusquda itirmişik”. İş adamı Polad Ələmdara Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı verərək səbir diləyib.

 

Başsağlığı elanı qəzetin bir səhifəsini əhatə edir. Bu qəzetdə bir səhifədə elan yerləşdirməyin qiyməti 300 dollardır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3173

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09