İrəvanda polis binasını ələ keçirən silahlı qrupun rəhbəri həbs edildi - YENİLƏNİB
31 iyul 2016 15:21 (UTC +04:00)

İrəvanda polis binasını ələ keçirən silahlı qrupun rəhbəri həbs edildi - YENİLƏNİB

“Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun rəhbəri Pavel Manukyan həbs edilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu P. Manukyanın vəkili İnessa Petrosyan açıqlayıb.

 

Məhkəmə P.  Manukyan barədə 2 ay həbs qərarı verib və bu müddət ərzində məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanada saxlanılacaq. Erebunidəki tibbi mərkəzdən məhkəmə zalına xərəkdə aparılan P. Manukyan məhkəmədə deyib ki, hər hansı şəxsi ambisiyası yoxdur. O,  oğlunun da həyatını təhlükə altına qoyaraq xalqının gələcəyi üçün polis binasının zəbt edilməsi ilə əlaqədar addımı atdığını bildirib.

 

Qeyd edək ki, P. Manukyan Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun faktiki rəhbəridir. P. Manukyan və oğlu Aram Manukyan iyulun 27-də polislə atışma zamanı yaralanıb. A. Manukyan da xəstəxanada əməliyyat edildikdən sonra həbs edilib.

 

 

 

xxxx

 

 

 

14:28

 

 

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.

 

APA-nın məlumatına görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.

 

İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır. 

 

 

xxxx

 

30 iyul

 

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup yenidən asayiş keşikçilərinə atəş açıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.  

 

Atışma nəticəsində 1986-cı il təvəllüdlü  polis əməkdaşı Yura Tepanosyan ölüb. Məlumata görə, o, silahlı qrupun mövqe tutduğu polis binasından 350-400 metr aralıda xidməti avtomobildə olarkən güllə yarası alıb və hadisə yerində ölüb.

 

Qeyd edək ki, iyulun 17-dən polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupun qətlə yetirdiyi ikinci polis əməkdaşıdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar