İraq ordusunun generalı öldürülüb
07 iyul 2014 20:14 (UTC +04:00)

İraq ordusunun generalı öldürülüb

0

İyulun 7-də Bağdad ətrafında gedən döyüş zamanı İraq ordusunun yüksək vəzifəli generalı, Nəim Abdulla Əli həlak olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ordu təmsilçisi Qasım Ata bildirib ki, general –mayor Bağdaddan 20 km qərbdə, Əbu-Qreyb şəhərində, İbrahim bin-Əli rayonu ərazisində minaatanlardan açılan atəş nəticəsində ölüb.

 

Məlumata əsasən, Bağdaddakı başqa bir hücum nəticəsində 7 nəfər, o cümlədən 4 polis ölüb. Hadisə Nəzarət – Keçid- Buraxılış məntəqəsində baş verib minalanmış avtomobili terrorçu -intiharçı məntəqəyə sürüb. Hadisə nəticəsində 17 iraqlı yaralanıb.

 

Bağdad əməliyyat –mərkəzi isə bildirib ki, iyulun 7-də Bağdadın cənub və şimalında “İraq Şam İslam Dövləti” yaraqlıları ilə ordu arasında silahlı toqquşma nəticəsində 60 –a yaxın terrorçu öldürülüb. 70-ə yaxın yaraqlı tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1049

Oxşar yazılar