İranlı keşiş Yusif yenə azadlıqda
09 yanvar 2013 05:48 (UTC +04:00)

İranlı keşiş Yusif yenə azadlıqda

İran hakimiyyəti keşiş Yusif Nadirxanini həbsdən yenə azad edib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, İslam Respublikasındakı xristian-yevangel icmasının fəalı mövlud günləri ərəfəsində həbs edilib. O, Rəştdə «Lakan» həbsxanasında saxlanılıb.

Xatırladaq ki, Yusif Nadirxani birinci dəfə 2009-cu ildə tutulmuşdu. O, islamdan imtina etməkdə ittiham olunurdu. Bu əməlinə görə, barəsində edam hökmü çıxarılmışdı. Dünya ictimaiyyətin etirazı qarşılığında 2012-ci ilin sentyabrından barəsində çıxarılan hökm ləğv edilmiş, və keşiş azadlığa buraxılmışdı. Ancaq bunun ardınca hakimiyyət onu başqa hüquq pozuntusu ittihamı ilə həbs etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar