İranla Ermənistan sərhədində azad iqtisadi zona yaradılır
21 yanvar 2013 16:46 (UTC +04:00)

İranla Ermənistan sərhədində azad iqtisadi zona yaradılır

İran və Ermənistan ikitərəfli ticarət əlaqələrini asanlaşdırmaq üçün birgə azad iqtisadi zona yaradılması məsələsini müzakirə edir.

 

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu həftə İranın şimal-qərbindəki “Araz” azad ticarət zonasının icraçı direktoru Sadek Nəcəfi ilə Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçatryan arasında keçirilən görüşdə İranın Norduz sərhəd rayonunda vahid iqtisadi zona yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Suren Xaçatryan deyib ki, erməni sahibkarlara və istehsalçılara  Norduzdan keçərək “Araz” azad iqtisadi zonasına getmək üçün viza tələb olunmur, onlar İran iqtisadi zonasında investisiya imkanlarını öyrənirlər.

 

Qeyd edək ki, Norduzda azad ticarət zonasının yaradılması barədə razılaşma 2012-ci ilin iyulunda direktoru Sadek Nəcəfi ilə Suren Xaçatryan arasında imzalanıb.

 

Xatırladaq ki, hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollara çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar