İranın inkar etdiyi qvardiyaçılar buraxılıb
09 yanvar 2013 21:44 (UTC +04:00)

İranın inkar etdiyi qvardiyaçılar buraxılıb

Müxalif Azad Suriya Ordusu bir neçə ay öncə girov götürdüyü İran İnqilab Keşikçiləri Qvardiyasının 48 üzvünü yanvarın 9-da azadlığa buraxıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, xəbəri İranın ingilisdilli “Press TV” kanalı yayıb.

Suriya prezidenti Bəşar Əsəd hakimiyyətinin son aylarda tutub həbsdə saxladığı 2 min 130 müxalifətçinin azad edilməsi qarşılığında qvardiyaçılar sərbəst buraxılıb.

Məlumatda bildirilir ki, azadlığa buraxılmış qvardiyaçılar İranın Suriyadakı səfirinin müşaiyəti ilə Dəməşqin “Şeraton” hotelinə köçürülüb.

48 iranlı 2012-ci ilin avqustunda girov götürülüb. Onları Bəşar Əsəd hakimiyyətinin müxalifləri Dəməşq beynəlxalq hava limanına gedən bir avtobusa silahlı basqın nəticəsində tutublar. İran hakimiyyəti əvvəlcə tutulanların zəvvar olduğunu iddia etsə də, sonradan həmin onların qvardiyanın  “Qüds” qanadına mənsub olduğu təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar