İranda şok effekti yaradan videogörüntü yayımlanıb.
Lent.az-ın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, videogörüntüdə bir müddət əvvəl İran universitetlərində qız tələbələrin riyaziyyat dərslərində iştirakını məhdudlaşdıran ali təhsil naziri Kamran Danişcu ilə Tehrandakı Milli Muzeyin direktoru Azadə Ardakani liftdə ehtirasla öpüşürlər.
Onların öpüşməsi təhlükəsizlik kameralarının obyektivinə tuş gəlib. Bu videogörüntü internet saytlarında sürətlə yayılıb. Hələ ki, İranın rəsmi media orqanları bu videogörüntünü “görməzliyə vururlar”.
Şəriət qayda-qanunları ilə idarə olunduğu iddia edilən cənub qonşumuzda həm nazirin, həm də qadın muzey direktorunun vəzifədən çıxarılaraq mühakimə ediləcəyi gözlənilir.