<span style="color:red;">İranda ŞOK QƏRAR:  o dilin tədrisi qadağan edildi
08 yanvar 2018 10:30 (UTC +04:00)

İranda ŞOK QƏRAR: o dilin tədrisi qadağan edildi

 

İranda baş verən son hadisələrdən sonra ölkə rəhbərliyi ibtidai və orta təhsil müəssisələrində ingilis dilinin tədris edilməsinə qadağa qoyub. Lent.az "Reuters"ə istinadən xəbər verir ki, İran Yüksək Təhsil Şurasının sədri Mehdi Navid-Adham dövlət televiziyasına müsahibəsində dövlət və özəl təhsil müəssisələrində ingilis dilinin tədris edilməsinin yasaqlandığını deyib. O, bu qərarın yeni nəsilin milli dəyərlərə və milli kimliyə bağlı olmasını təmin etmək üçün verildiyini deyib.

 

Qeyd edək ki, bir müddət əvvəl İranın ali dini lideri Əli Xamneyi qərbin ingilis dili vasitəsi ilə dünyanı mədəni işğal altına almaq istədiyini demişdi.

 

Onu da qeyd edək ki, İranda ingilis dili məktəblərdə xarici dil kimi 12-14 yaşlı uşaqlara tədris edilir. Bir sıra özəl məktəblərdə isə bu dilin daha tez öyrədilməsinə başlanılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar