İran-İraq sərhədində 3,8 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 06:24-dı qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 64 km qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.
Bundan əvvəl isə, yerli vaxtla saat 05:46-da ölkənin mərkəzi bölgəsində 4,5 maqnitudalı zəlzələ olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.