İran Hörmüzdə hərbi manevr keçirəcək
25 dekabr 2012 22:57 (UTC +04:00)

İran Hörmüzdə hərbi manevr keçirəcək

0

İran İslam Respublikası dekabrın 28-dən ölkənin cənub sahillərində hərbi təlimlər keçirməyə başlayacaq.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibulla Səyyari bildirib ki, «Vilayət-91» adı altında keçiriləcək bu hərbi tədbir 6 gün davam edəcək.

 

Hərbi manevr Hörmüz boğazında bir milyon kvadrat kilometrlik sahədə, Oman boğazı və Hind okeanının şimal hissəsində  keçiriləcək.

 

Mənbənin xatırlamasına əsasən, ötən ilin dekabrında «Vilayət-90» adı altında keçirilmiş hərbi təlimlər zamanı İran uzaq mənzilli raketlərini sınaqdan çıxarmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar