Yanvarın 5-dən İrandakı “Buşəhr” Atom Elektrik Stansiyası (AES) ölkənin enerji sisteminə qoşulub.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Təşkilatının sədri Fereydun Abbasi Davani bəyan edib.
O bildirib ki, “Buşəhr” AES artıq 100 faiz gücü ilə işləyir.