Ermənistan Nəqliyyat və rabitə Nazirliyi yanvarın 18-də «Ermənistanın Cənub dəmiryolu» və «Ermənistanın sürətli Cənub şosesi» ilə bağlı bəyanat yayıb.
Bu xətt İslam Respublikası ilə İran arasında nəzərdə tutulan dəmiryol xəttidir.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, layihənin qiyməti 3 milyard dollardır. Bu proqramı gerçəkləşdirmək üçün Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) «Rasiya FZE» şirkəti ilə razılıq sənədi imzalanıb.
«Çin və Rusiya strateji əhəmiyyəti olan dəmiryolunun inkişafı ilə bağlı Ermənistanla əməkdaşlıq edəcək. Bu yol «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin əlçatmaz həlqələrindəndir»-deyə, bəyanatda bildirilib.
«Rasiya FZE»-nin icraçı direktoru Jozef Barkovskidir.
Sözügedən anlaşmanın təqdimatında İran, Birləşmiş Ərəb Əmirliyi, Çin , Rusiya və Ermənistanın rəsmiləri iştirak edib.