İranla Atom-Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)arasında İslam Respublikasının atom-nüvə proqramına dair danışıqların növbəti mərhələsi fevralın 13-də keçiriləcək.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, bu haqda AEBA-nın təmsilçisi Cill Tüdor açıqlama verib.
Xatırladaq ki, Yanvarın 17-də agentliklə İran arasında ölkə paytaxtında keçirilən görüş nəticəsiz başa çatmışdı.
Agentliyi danışıqlarda təmsil edən heyətin başçısı German Nakerts bildirmişdi ki, müzakirələrin başlıca mövzusu İranın nüvə proqramına dair struktur yanaşma üzrə son nəticə əldə etmək idi. Təmsilçi onu da vurğulamışdı ki, müfəttişlərin Pərçindəki hərbi bazaya buraxılması vacibdir. Mütəxəssislərin nəzərincə, Tehran hakimiyyəti orada hərbi məqsədli nüvə təcrübələrini sınaqdan keçirir.