İngiltərə polisi Suriyaya getdikləri ehtimal edilən əkiz bacını axtarır.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ölkənin şimal-qərbində 16 yaşlı müsəlman bacılar iki həftə öncə itkin düşüb.
Qonuşları bildirib ki, Somalidən olan bu ailə dindardır.
Polisin terrorçuluğa qarşı bölməsinin təmsilçiləri onların Suriyada olduğu ehtimal edilən qardaşının yanına getdiyi versiyasını yoxlayır.
Britaniya hakimiyyətinin təxmininə əsasən, krallığın 500 vətəndaşı Suriya və İraqdakı döyüşlərdə iştirak edir.