İndoneziyada növbəti dəfə zəlzələ baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin qərbində baş verən yeraltı təkanlar 5.9 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində bir gənc qızın öldüyü bildirilir.
Səhər saatlarında baş verən yeraltı təkanlar çox sayda insanın yaralanmasına səbəb olub.