İndoneziya paytaxtını su basdı
17 yanvar 2013 15:21 (UTC +04:00)

İndoneziya paytaxtını su basdı

Güclü yağışlar nəticəsində İndoneziyanın paytaxtı Cakartada subasma fəlakəti yaşanır.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, gecə 100 mm yağıntı düşüb. Bu gün şəhərdə fövqəladə vəziyyət elan olunub. Subasma nəticəsində 4 nəfər ölüb, 20 min nəfər evakuasiya edilib. Şəhərdə nəqliyyatın hərəkəti faktiki iflic duruma düşüb. Cakartanın şərqində vəziyyət daha gərgindir, şəhərin bu hissəsində su səviyyəsi 3 m-ə çatır. Hətta Prezident Sarayını da su basıb. Prezident sarayının içərisində su səviyyəsi 30 sm, ətrafında 0,5 m-ə çatıb. Cakartada əksər ofislər və müəssisələr işləmir, məktəblərdə məşğələlər dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar