Əhalini daşıyan ikinci maşın karvanı Hələbi tərk etdi
16 dekabr 2016 00:52 (UTC +04:00)

Əhalini daşıyan ikinci maşın karvanı Hələbi tərk etdi

0

Müxalifləri və onların ailələrini daşıyan sayca ikinci maşın karvanı Suriyanın Hələb şəhərini tərk edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus və təcili yardım maşınlarından ibarət karvan Ər-Rəşiddin  rayonuna çatıb.

 

Avtomobil karvanı rusiyalı hərbçilər və Qırmızı Xaç Beynəlxalq Komitə əməkdaşları tərəfindən  müşayiət edilib. Maşın karvanı isə növbəti dəstənin şəhəri tərk etməsi üçün Hələbə geri dönüb.

 

Qeyd edək ki, müxaliflərin Hələbin şərq rayonlarından çıxarılması əməliyyatı rusiyalı hərbçilər və Suriya hökuməti tərəfindən koordinasiya edilir.

 

 Şəhəri tərk etməyə razılaşanların təhlükəsizliyinə zəmanət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar