Gürcüstanın baş keşişi İkinci İliya Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, Rusiya lideri ilə Abxaziya və «Tsixinvali bölgəsi» ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.
Agentliyə müsahibəsində o, deyib : «Müzakirə edəcəyimiz başlıca məsələ Abxaziya və Tsxinvali bölgəsidir. Mən bunları başlıca məsələ sayıram».
Baş keşiş bildirib ki, görüş zamanı başqa məsələlər, o cümlədən viza rejimi, ticarət əlaqələri kimi məsələlərdən də danışacaqlar.
Xatırladaq ki, İkinci İlya 1977-ci ildən gürcü kilsəsinə başçılıq edir.2008-ci ilin avqust hadisələrindən sonra Gürcüstandan Moskvaya səfər edən ilk yüksək səviyyəli gürcü rəsmisidir. Bundan başqa səfər zamanı İkinci İlyaya Pravoslav xalqlarının birliyi Fondunun mükafatı da təqdim olunacaq.