İsveç hakimiyyəti iki britaniyalı barəsində beynəlxalq axtarış elan edib. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onlar Çindən qaçaqyolla sarımsaq gətirməkdə və Avropa Birliyinə 13,1 milyon dollar ödəməməkdə şübhəli bilinirlər.
Prokuror Tomas Alstrandın sözlərinə görə, onlar 2009-2010-cu illərdə birliyin üzvü olmayan Norveçə sarımsaq gətiriblər. Bundan sonra məhsulu Isveçə yola salıblar.
Mənbənin məlumatına əsasən, qaçaqyolla Çindən sarımsaq daşınması ilk hadisə deyil. 2010-cu ildə Polşada Çindən gətirilən 144 ton sarımsaq tutulubmuş. Onda bu tərəvəz Hollandiyadan gətiribmiş.
Qeyd edək ki, dünya sarımsaq bazarında Çinin 80 faiz payı var. Bundan başqa Çində bu tərəvəzi çox ucuzdur.