Lent.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, insident mübahisəli ərazi hesab olunan Kəşmir bölgəsindəki nəzarət-keçid məntəqəsi ətrafında baş verib.
Pakistan ordusundan verilən açıqlamada qeyd olunur ki, Hindistan əsgərləri Kəşmirin Pakistanın nəzarətində olan Hacı Pir bölgəsində pakistanlı hərbiçilərə atəş açıblar. Hadisə nəticəsində bir əsgərin öldüyü bir əsgərin də yaralandığı bildirilir.
Qeyd edək ki, son hadisə iki ölkə arasında müharibənin yarana biləcəyi ehtimalını gündəmə gətirib. Hər iki ölkənin nüvə silahına malik olması narahatlığı daha da artırır.