Hindistanda hərbi vertolyot qəzaya uğrayıb: 7 nəfər ölüb
25 iyul 2014 22:20 (UTC +04:00)

Hindistanda hərbi vertolyot qəzaya uğrayıb: 7 nəfər ölüb

Hindistanın şimalında Uttar-Pradeş ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus vertolyot qəzaya uğrayıb.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb.

 

Mənbə bildirib ki, vertolyot Bareyli şəhərindən Uttar-Pradeş ştatının Allahabad şəhəri istiqamətində uçurmuş. Vertolyotun tarlaya düşdüyü bildirilib.

 

Qəzadan öncə pilot Hindistanın Hava nəqliyyatına nəzarət mərkəzinə məlumat verərək, texniki nasazlığın yarandığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar