Hindistanda avtobus dərəyə aşıb, 26 uşaq ölüb
09 aprel 2018 18:48 (UTC +04:00)

Hindistanda avtobus dərəyə aşıb, 26 uşaq ölüb

0

Bu gün Hindistanın Ximaçal-Pradeş əyalətində ağır yol qəzası nəticəsində 26 uşaq ölüb.

 

APA-nın məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

 

Şagirdlərin olduğu məktəb avtobusu yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə yuvarlanıb və çevrilib. Qəzanın səbəbi açıqlanmır. Hadisə yerində xilasetmə əməliyyatı hazırda davam edir.

 

 

Telekanalın məlumatına görə, avtobusda özəl məktəbin 40 nəfər V və aşağı sinif şagirdləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar