Braziliyanın Rio-de-Janeyro şəhərində polis helikopterinin qəzaya uğraması nəticəsində 4 asayiş keşikçisi həlak olub.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qəzanın dəqiq səbəbi hələlik məlum deyil. Helikopterin atəş nəticəsində qəzaya uğraması versiyası istisna olunmur. İnsidentin təfərrüatları hələlik açıqlanmır.
Qeyd edək ki, son zamanlar Rio-de-Janeyro şəhərində zorakılıq halları pik həddə çatıb. İqtisadi tənəzzül, işsizliyin artması və büdcə kəsiri cinayətkarlığın səviyyəsinin xeyli qalxmasına səbəb olub.