Hələb yenidən bombalandı: 76 ölü
16 dekabr 2013 14:08 (UTC +04:00)

Hələb yenidən bombalandı: 76 ölü

Suriyada hökumət qüvvələrinin üsyançıların nəzarətində olan Hələb şəhərini bombalaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.


 

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə “Syrian Observatory for Human Rights” hüquq-müdafiə təşkilatı açıqlama yayıb.

 

Ölənlər arasında 28 uşaq və 4 qadın var. üsyançılar Hələbin hökumət qoşunlarının nəzarətində olan hissəsində çalışan dövlət qulluqçularına müraciət edərək, onları təcili təxliyə olmağa çağırıblar. Yaxın vaxtlarda üsyançıların cavab zərbəsi endirəcəyi istisna olunmur.

 

Qeyd edək ki, aviahücum zamanı Suriya aviasiyası 25 “çəllək bombası”ndan (barrel bombs) istifadə edib. Bu cür bombalar konteynerə yüklənmiş partlayıcılardan, zəhərli maddələrdən və qaynar sudan ibarət olur. Bu cür bombaların hədəfə dəymə ehtimalı az olsa da, dağıntının miqyası böyük olur. Suriyada vətəndaş müharibəsi başlayandan Bəşər əsəd hökuməti dəfələrlə bu cür bombalardan istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar