Hamburqda iğtişaşlarda 196 polis yaralandı
08 iyul 2017 00:04 (UTC +04:00)

Hamburqda iğtişaşlarda 196 polis yaralandı

0

Almaniyanın Hamburq şəhərində iğtişaşlar nəticəsində xəsarət alan polislərin sayı 196-ya çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin məlumatında bildirilir.

 

“Hamburqda etirazçılarla toqquşmalar nəticəsində xəsarət alan polis əməkdaşlarının sayı 196-ya çatıb”, məlumatda deyilir.

 

Qeyd edək ki, bu gün Hamburqda g-20 sammitin keçirilməsinə etiraz edənlər “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə aksiyalar keçirib. Polis aksiya iştirakçılarını dağıtmaq üçün bibər qazından istifadə edib. Hazırda şəhərdə iğtişaşlar davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar