Ukrayna hakimiyyəti ilə müxalifət arasında danışıqlar başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, tərəflər Kiyevin mərkəzi küçələrinin həm etirazçılar, həm də asayiş keşikçilərindən tədricən boşaldılacağında razılığa gəliblər.
«Tərəflər Kiyevin meydan və küçələrinin etirazçılar və milislərdən boşaldılması ilə bağlı razılığa gəlib»-deyə, prezident Viktor Yanukoviçin mətbuat katibi Portnov bildirib.