Gürcüstanın səhiyyyə naziri istefaya gedir
Gürcüstanın səhiyyə naziri David Sergeyenko bu gün istefa verəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı "Rustavi 2" telekanalı yayıb.
Bildirilir ki, ABŞ-dan rəsmi səfərdən dönən baş nazir Mamuka Baxtadze artıq məsələ ilə bağlı D.Sergeyenko ilə görüşüb. Yeni səhiyyə nazirinin Saxere klinikasının müdiri Ekaterine Tikaradzenin olacağı, nazirin birinci müavini vəzifəsinə isə Gürcüstanın Estoniyadakı keçmiş səfiri Tea Axvledianin təyin ediləcəyi bildirilib.
Nazirin istefasının səbəbinin ölkədə həyata keçirilən səhiyyə islahatlarına qarşı olması göstərilir.
743