Siyasi sığınacaq verilməsi barədə Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili Belçika hökumətinə müraciət edib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Adeişvili artıq Belçika tərəfinin razılığını alıb.
Onun təmsil olunduğu Vahid Milli Hərəkat da hələlik bu məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu yanvarın 5-də məhkəməyə Zurab Adeişvili barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə müraciət edib. Məhkəmə müraciəti qəbul edib və Adeişvili barəsində qiyabi həbs qərarı çıxarıb.