Gürcüstanın keçmiş müdafiə nazirinə 12 milyonluq iddia
31 yanvar 2013 00:43 (UTC +04:00)

Gürcüstanın keçmiş müdafiə nazirinə 12 milyonluq iddia

Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşviliyə qarşı cinayət işi açılıb. Kezeraşvili 12 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu barədə müstəntiq David Kvinikadzde məlumat açıqlama verib.

 

Maliyyə nazirliyinin məlumatına görə, Kezeraşvili maliyyə polisinin rəhbəri olduğu müddətdə (2007-ci il) cinayətkar qrupun üzvlərinə rüşvət qarşılığında saxta alkoqollu içkilərin ixracında kömək edib. Nazirlik Kezeraşvilinin müdafiə naziri olduğu vaxt bu rüşvətin məbləğini artırmağı tələb etdiyini də bildirib.

 

David Kezeraşvili 2008-ci ilin avqustunda  Rusiya-Gürcüstan müharibəsi dövründə müdafiə naziri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar