Gürcüstan telekanalında yanğın oldu
27 iyul 2017 01:24 (UTC +04:00)

Gürcüstan telekanalında yanğın oldu

0

Gürcüstanda “Rustavi 2” telekanalının binasında güclü yanğın baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə telekanalın əməkdaşları məlumat verib.

 

Gecəyarısı qəflətən əmələ gələn yanğın böyük sahəni əhatə edib, telekanalın avadanlıqlarına ziyan vurub. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis cəlb edilib.

 

Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil. Gürcüstan Daxili işlər nazirliyinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar