Gürcüstan Suriyanın bombalanmasını dəstəklədi
14 aprel 2018 13:10 (UTC +04:00)

Gürcüstan Suriyanın bombalanmasını dəstəklədi

0

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ABŞ və müttəfiqlərinin Suriyada həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir “Twitter”dəki rəsmi səhifəsində raket zərblərini lazımlı və labüd adlandırıb.

 

“ABŞ, Fransa və Böyük Britaniyanın Suriyadakı raket zərbələri ölkədə dinc vətəndaşlara qarşı kimyəvi hücuma gərəkli cavabdır. Kimyəvi silahın istifadəsi yolverilməzdir və günahkarlar cavab verməlidirlər”, - deyə nazirin bəyanatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar