Gürcüstan Rusiyanın tələblərini yerinə yetirməyə hazırdır
11 yanvar 2013 21:19 (UTC +04:00)

Gürcüstan Rusiyanın tələblərini yerinə yetirməyə hazırdır

Gürcüstan Rusiyaya ərzaq mallarının ixracı ilə bağlı bütün tələblərini Dünya Ticarət Təşkilatının standartlarına uyğun yerinə yetirməyə hazırdır.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda ölkənin kənd təsərrüfatı naziri David Kirvalidze jurnalistlərə açıqlama verib.

 

Rusiya dövlət baş sanitarı Gennadi Onişenko bir müddət öncə bildirmişdi ki, yeni il bayram tədbirlərindən sonra Gürcüstanda istehsal olunan çaxır və mineral suyu idxalı ilə bağlı danışıqlara başlayacaqlar. 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384
avatar

Oxşar yazılar