Tiflisdə Gürcüstan parlamentinin keçmiş binası bərpa olunacaq. Binanı bərpa etmək üçün tender elan olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlamentin sədr müavini Zviad Dzidziquri keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, təmir işləri 1,5 milyon dollara başa gələcək. Bundan sonra isə parlamentin iclas zalının bərpa-rekonstruksiya edilməsinə dair 5 milyon dollar dəyərində tender elan olunacaq. Eyni zamanda parlamentin özülünün möhkəmləndirilməsi üçün və optik-rəqəmsal naqillərin montajı və alınmasına görə əlavə tender elan olunacaq.
Qeyd edək ki, parlamentdə aparılacaq 1,5 milyonluq təmir işləri barədə tender elanı artıq Gürcüstan dövlət alqı-satqı agentliyinin veb-saytında dərc edilib.