Gürcüstanın İctimai televiziyası (İTV) bütün millətlərdən olan ölkə vətəndaşlarını Yeni il münasibətilə onların öz dilində hazırladığı videoçarxlarla təbrik edib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Azərbaycan dilində yayımlanan çarxda təbrik sözünü İTV-nin “Aktual mövzu” tok-şousunun aparıcısı Maka Tsintsadze deyib.
Təbrik çarxında Azərbaycanın zəngin mədəniyyətinin bir çox elementləri yer alıb. Çarxda Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, çay süfrəsinin armudu stəkanda çay və paxlava kimi elementləri və Azərbaycanın milli rəqsi, muğam alətləri, musiqisi, geyimləri və xalçaları təqdim olunub.