Futbolçu federasiya prezidentinin nəvəsini quyudan çıxardı
22 yanvar 2013 13:33 (UTC +04:00)

Futbolçu federasiya prezidentinin nəvəsini quyudan çıxardı

0

İtaliyanın “Latsio” klubunun futbolçusu Luçano Zauri Roma restoranlarından birinin yaxınlığında boş quyuya yıxılan 7 yaşlı qızı xilas edib. Lent.az-ın “La Republica”ya istinadən verdiyi məlumata görə, 34 yaşlı müdafiəçi kəndirə sarınaraq, 4 metr dərinlikdəki quyuya enib.

 

Nəticədə uşaq ölümdən qurtulub və nəzərə çarpmayan əziklərlə xəstəxanaya çatdırılıb. Sonradan məlum olub ki, xilas olunan qız hazırda Polşa Futbol Federasiyasının prezidenti postunu tutan Zbiqnev Bonekin nəvəsidir. Bonek oyunçu ikən İtaliyanın daha bir klubu “Roma”da çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 839

Oxşar yazılar