Fransız diplomat: “Danışıqlarda ciddi irəliləyiş yoxdur”
19 iyun 2014 04:13 (UTC +04:00)

Fransız diplomat: “Danışıqlarda ciddi irəliləyiş yoxdur”

0

Vyanada İranın nüvə proqramına dair danışıqların növbəti mərhələsi keçirilir.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Fransanın xarici işlər naziri Nikolya de-River danışıqların üçüncü gününün yekunu ilə bağlı deyib: “Elə ciddi irəliləyiş yoxdur”.

 

İran tərəfi isə danışıqlara daha nikbin yanaşır.

 

İranın nüvə danışıqları aparan nümayəndə heyətinin üzvü Abbas Əraqçi jurnalistlərə yekun nüvə razılaşmasından danışıb. O, deyib ki, tezliklə Tehranla Qərb arasında yekun nüvə razılaşması mətninin yazılışına başlaya biləcəklərinə ümid bəsləyir:  «Ancaq hələlik qəti bir fikir söyləmək mümkün deyil. Çünki tərəflər arasında öz həllini tapmayan bir sıra fikir ayrılığı var. Bunlardan biri İranın uranı zənginləşdirmək hüququdur. Yekun razılaşmada bu haqq qismən tanınsa da, onun keyfiyyəti və səviyyəsi hələlik bəlli deyil.

 

İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə əldə etdiyi altı aylıq nüvə razılaşmasının müddəti iyunun 20-də başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 642

Oxşar yazılar