Fransanın cənubundakı Ardeş departamentində yerləşən xəstəxana kompleksinin çamaşırxanasında yanğınla nəticələnən iki güclü partlayış baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Annon şəhərində yerləşən “Ardèche Nord” xəstəxanasında baş verib.
Ölən və yaralananlar barədə hələlik məlumat verilmir. Binada olan şəxslərin evakuasiyası həyata keçirilir.
Bəzi mənbələr qaz balonlarının parladığını bildirir.