Fransada terror aktları hazırlamaqda şübhəli bilinən 21 yaşlı oğlan və 19 yaşlı qız saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Lion və Parisdə saxlanılan şəxslərin bir-biri ilə tanış olmadığı, lakin hər ikisi də sosial şəbəkələr vasitəsi ilə İŞİD-lə sıx əlaqədə olaraq, terror aktları törətməyi planlaşdırıblar.
Axtarış zamanı saxlanılanlardan silah-sursat və ya partlayıcı qurğu aşkarlanmayıb.
Saxlanılan oğlanın ruhi xəstəlikdən əziyyət çəkdiyi və bir ay əvvəl psixiatrik klinikada müalicə aldığı bildirilir.