Fransa prezidenti Fransua Holland Parisdə öldürülən terrorçu PKK-nın 3 üzvü haqda açıqlama verib.
Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, o, baş vermiş olayı «çox qorxulu» olduğunu söyləyib. «Onlardan birini tanıyıram. Davamlı olaraq, bizimlə görüşə gələrdi»-deyə, Fransa lideri bildirib.
Baş verən hadisə ilə bağlı araşdırmanın aparıldığını deyən Holland əlavə edib: «Ən doğrusu kimin və niyə etdiyini öyrənməyimiz üçün gözləməliyik».
Mənbənin xatırlamasına əsasən, Parisdə Səkinə Cansız, Fidan Doğan və Leyla Söyləməz adlı qadınlar kürdlərə aid informasiya bürosunda öldürülüb.